9 mart 2012 11:08
Avropa çempionatında daha iki medal (FOTOLAR)
Serbiyanın Belqrad şəhərində Avropa çempionatının üçüncü gününün görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, idmançılarımızdan Aleksandr Qostiyev (74 kq) Polşa, Fransa və Ermənistan güləşçilərini yendikdən sonra yarımfinalda Gürcüstan idmançısına uduzub. Bürünc uğrunda görüşdə isə Türkiyə güləşçisi Söner Demirtaşı yenən (3:1, 3:0) Qostiyev bürünc qazanıb.
Cəmaləddin Məhəmmədov (120 kq) Ermənistan təmsilçisini yensə də, Bolqarıstan güləşçisinə uduzub.
Yuliya Ratkeviç startdaca Mariya Qurovayla (Rusiya) bacarmayıb. Nadya Sementsova (67 kq) Türkiyə və Bolqarıstan idmançılarını üstələyərək, yarımfinalda Ukrayna güləşçisi ilə bacarmayıb. Bürünc uğrunda görüşdə isə Rusiyanı təmsil edən Yuliya Bartnovskayanı 1:0, 1:0 yenərək bürünc qazanıb.
Qeyd edək ki, buna qədər Toğrul Əsgərov (60 kq) qızıl, Sona Əhmədli (59 kq) isə bürünc qazanıb.
