6 mart 2012 14:27
Avropa çempionatı bu gün başlayır
Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı başlayır. Azerisport.az xəbər verir ki, çempionatın proqramına əsasən, ilk gün 66 və 96 kq çəkidə sərbəst güləşçilər, 48 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparacaqlar.
Yığma komandamızın üzvləri Emin Əzizov (66 kq), Novruz Temrezov (96 kq) və Marziget Baqomedova (48 kq) ilk gün mübarizə aparan güləşçilərimizdi.
Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 17:00-da, final və 3-cü yer uğrunda görüşlər saat 22:00-da başlayacaq.
