27 fevral 2012 16:24
Yığmamız İrandan iki medalla qayıtdı (FOTO)
24-26 fevral 2012-ci il tarixdə İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, yığma komandanın üzvləri turniri 2 bürünc medalla başa vurub.
Məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimizdən Sakit Cəlilov (60 kq) və Emin Əhmədov (74 kq) fərqləniblər.
2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü olublar. İran yığması birinci, Qazaxstan ikinci olub.
