20 fevral 2012 14:35
Azərbaycan yığması İrana gedir
24-26 fevral 2012-ci il tarixdə İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə 10 güləşçimiz iştirak edəcək.
Heyətdə Vilayət Qəhrəmanlı (55 kq), Sakit Cəlilov (60 kq), Azad Əliyev, Rüstəm Əliyev (hər ikisi 66 kq), Emin Əhmədov (74 kq), Həmzət Usubov, Şəhriyar Məmmədov (hər ikisi 84 kq), Araz Həsənov, Murtuza Tağıyev (hər ikisi 96 kq) və Maksim Proxorov (120 kq) yer alıb.
