13 fevral 2012 13:32

Yığmalarımızın növbəti beynəlxalq sınağı

14-16 fevral 2012-ci il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımız iştirak edəcək.
 
Turnirdə iştirak edəcək sərbəst güləşçilər bu gün Kiyevə yola düşüb. Yığma komandanın 11 üzvünün yer aldığı heyətə böyüklərdən ibarət yığma komandanın məşqçisi Aslan Ağayev və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev rəhbərlik edir. Turnirdə medallar uğrunda Namiq Sevdimzadə (55 kq), Ağahüseyn Mustafayev, Hacı Əliyev (hər ikisi 60 kq), Emin Əzizov, Zəlimxan Hüseynov (hər ikisi 66 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 74 kq), İlya Xamikoyev, Novruz Temrezov (hər ikisi 84 kq), Aslanbek Alborov (96 kq) və Əli İsayev (120 kq) mübarizə aparacaq.
 
Baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yığma komandanın üzvləri isə fevralın 2-dən etibarən Kiyevdə t təlim-məşq toplanışında iştirak edirlər. Heyətdə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hamısı 63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yer alıb.
 
Turnirin proqramına əsasən, ilk gün 48, 55, 63, 72 kq çəkidə qadın, 55, 66, 84, 120  kq-da sərbəst, ikinci gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın, 60, 74, 96 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.