13 fevral 2012 11:38

Azərbaycan Türkiyədə üçüncü oldu

Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 40-cı beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, sərbəst və qadın güləşçilərimiz ümumilikdə 11 medal – 3 qızıl, 4 gümüş və 4 bürünc əldə edib.
 
Turnirin son günündə sərbəst güləşçilərin yarışında 96 kq çəkinin finalında Xetaq Qazyumovla Şərif Şərifov qarşılaşıb. Xetaq Qazyumov qızıl, Şərif Şərifov gümüş medal əldə edib.
 
66 kq çəkidə təmsilçimiz Cəbrayıl Həsənov bürünc medal əldə edib.
 
Ümumilikdə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan sərbəst güləş yığmamız komanda hesabında turniri 3-cü pillədə tamamlayıb.
 
Yığmamız qadınların yarışında isə turnirin ikinci gününü 1 gümüş və 1 bürünc medalla başa vurub. 63 kq çəkidə İrina Netreba gümüş, 51 kq-da Anjela Doroqan isə bürünc medala sahib olub.
 
Ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan qadın güləşi yığmamız komanda hesabında turniri ikinci sırada tamamlayıb.
 
Xatırladaq ki, turnirin ilk günündə güləşçilərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Sərbəst güləşçilərin yarışında Mahmud Məhəmmədov (55 kq) qızıl, Qalib Əliyev (55 kq) və Əşrəf Əliyev (74 kq) bürünc medala sahib olub. Qadın güləşçilərin yarışında isə Marziget Baqomedova (48 kq) qızıl, Kəmalə Əliyeva (48 kq) və Natalya Palamarçuk (72 kq) gümüş medal qazanıb.
 
Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov isə baş hakim olduğu turnirdə görüşlərin idarə edilməsində AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev və beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov ölkəmizi təmsil edib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.