11 fevral 2012 11:51
Azərbaycan ilk gündə 6 medala sevindi (FOTO)
Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 40-cı beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, turnirin ilk günündə 48, 59 və 72 kq çəkidə qadın güləşçilər, 55 və 74 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.
Təmsilçilərimiz ilk gün 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Sərbəst güləşçilərin yarışında Mahmud Məhəmmədov (55 kq) qızıl, Qalib Əliyev (55 kq) və Əşrəf Əliyev (74 kq) bürünc medala sahib olub.
Qadın güləşçilərin yarışında isə 1 qızıl və 2 gümüş medal qazandıq. 48 kq çəkidə finalda bir-birilə qarşılaşan Marziget Baqomedova qızıl, Kəmalə Əliyeva gümüş medal əldə edib. Digər gümüş medalı isə komandamıza Natalya Palamarçuk (72 kq) qazandırıb.
Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov isə baş hakim olduğu turnirdə görüşlərin idarə edilməsində AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev və beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov iştirak edir.
