6 fevral 2012 12:24
Yığmamız Ukraynadan 7 medalla qayıdır
Ukraynanın Krivoy-Roq şəhərində təlim-məşq toplanışında, daha sonra isə turnirdə iştirak edən yeniyetmə qızlardan ibarət yığmamız bu gün vətənə dönür. Azerisport.az xəbər verir ki, yığma komandanın böyük məşqçisi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında turnirdə 10 güləşçimiz mübarizə aparıb.
117 güləşçinin iştirak etdiyi turnirdə yeniyetmə qızlarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
Komandamızın heyətində qızıl medalı Sahilə Ələkbərova (40 kq) qazanıb. Gümüş medalları yığmamıza Pavliv Hanna (44 kq), Kolesnik Alyona (56 kq) və Korin Darya (70 kq) qazandırıb. Arzu Əliyeva (46 kq), Almaz İsmayılova (52 kq) və Raqnetta Qurbanzadə (65 kq) fəxri kürsüdə 3-cü pillədə qərarlaşıb.
