26 yanvar 2012 12:53

“Federasiya tərəfindən bunun üçün maksimum şərait yaradılıb”

Xəbər verdiyimiz kimi, 28-29 yanvar 2012-ci il tarixdə İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız məşqçilər Salih Bora, Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında turnirdə iştirak edəcək. Məşqçilər korpusu tərəfindən 14 idmançının yer aldığı heyətə əsasən 1 və 2 nömrəli güləşçilər daxil edilib.
 
Məşqçilər korpusu ilə yanaşı, Azərbaycan Güləş Federasiyasının Baş katibi Əjdər Cəfərov da turnirdə güləşçilərimizi izləyəcək.
 
“Federasiya prezidenti cənab Fazil Məmmədov, I vitse-prezident cənab Namiq Əliyev güləşçilərimizin hazırlığını daim diqqət mərkəzində saxlayır. Hədəfimiz həm bu ilin mart ayında keçiriləcək Avropa çempionatında, həm də aprel ayında keçiriləcək London Olimpiya Oyunlarına vəsiqə verən təsnifat turnirlərində maksimum nəticə əldə etməkdir. Bunun üçün federasiya tərəfindən maksimum şərait yaradılıb”.
 
Təsnifat turnirlərinin tarixinin bir-birinə çox yaxın olduğunu deyən Əjdər Cəfərov, həm 1-ci nömrələrin, həm də 2-ci nömrələrin hazırlığının yüksək səviyyədə olmasının vacibliyini bildirdi: “Hər bir güləşçinin imkanı var ki, bu turnirdə uğurlu çıxış etsin və yerini möhkəmlətsin. Vehbi Emrenin xatirə turniri yunan-Roma güləşi üzrə ilin ilk Qızıl Qran-Pri turniridir. Bu baxımdan burada güclü idmançılar iştirak edəcək, güclü rəqabət olacaq”.
 
Yarış boyu güləşçiləri izləyib, Bakıya qayıtdıqdan sonra məşqçilər korpusu ilə birlikdə qarşıdan gələn yarışlara hazırlıqla bağlı müzakirələr aparılacağını deyən Baş katib, London Olimpiya Oyunlarına həm maksimum lisenziyaları əldə etmək, həm də yüksək hazırlıq prosesi keçmək əzmində olduqlarını dedi.
 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.