25 yanvar 2012 17:39
Azərbaycan Ukraynadan 8 medalla qayıdır
Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə həsr olunmuş Respublika turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız 5 qızıl və 3 bürünc medal qazanıb.
Heyətdə yer alan Əli Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Toğrul Yunisli (74 kq) və Zaur Mehrəliyev (120 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ənvər Cəfərov (66 kq), Soltan İsmayılov (84 kq) və Hacımurad Çöpsiyev (96 kq) isə bürünc medala yiyələnib.
Böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamız sabah Vətənə qayıdacaq.
