24 yanvar 2012 11:42
Azərbaycan Türkiyəyə güclü heyətlə yollanır
28-29 yanvar 2012-ci il tarixdə Türkiyənin İstanbul şəhərində Vehbi Əmrənin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnir yunan-Roma güləşi üzrə I Qızıl Qran-Pri turniri xarakteri daşıyır.
Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İsveç, Gürcüstan, İtaliya, Cənubi Koreya, Belarusiya, Özbəkistan, Qazaxstan, Yaponiya, Rusiya, İran, Ukrayna, Yunanıstan və Bolqarıstanın iştirak etməsi gözlənilir.
Məşqçilər Salih Bora, Şaban Donat və Mutaalib Yerlikayanın rəhbərliyi altında yığma komandanın 14 üzvü turnirdə iştirak edəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.
1. Əzizli Eldəniz (55 kq)
2. Əliyev Elçin (55 kq)
3. Məmmədov Kamran (60 kq)
4. Paşayev Orxan (60 kq)
5. Cəlilov Sakit (60 kq)
6. Əliyev Həsən (66 kq)
7. Rəhimov Vitali (66 kq)
8. Çunayev Rəsul (66 kq)
9. İbrahimov Niyaməddin (74 kq)
10. Mustafayev Samuray (74 kq)
11. Mürsəliyev Elvin (74 kq)
12. Hüseynov Rafiq (84 kq)
13. Qadabadze Şalva (96 kq)
14. Proxorov Maksim (120 kq)
Turnirin proqramına əsasən, yanvarın 28-də 55, 66, 84 və 120 kq, yanvarın 29-da isə 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
