26 dekabr 2011 13:18

Azərbaycanın ən güclüləri müəyyənləşdi (FOTOREPORTAJ)

“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında güləş üzrə Azərbaycan çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov ölkəmizdə güləş məktəbinin ənənələrindən söz açıblar.
 
Natiqlər son dövrlərdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışını qeyd etmiş və bu işdə dövlətin idmana qayğısını xüsusi vurğulayıblar. Onlar ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Güləşçilərimiz 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 7 lisenziyanı təmin ediblər. Ümumilikdə, 10 idman növündə 29 lisenziya qazanılıb. İdmançılarımızın Yay Olimpiya Oyunlarınadək daha 20 lisenziya qazanmaq şansı var. Olimpiya oyunlarından əlavə, gələn il bu turnirin qaliblərini Avropa, dünya çempionatları və dünya Kuboku yarışları kimi mötəbər turnirlər gözləyir.
 
Yarışın nəticələrinə əsasən, çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən diplom, medal və pul mükafatı ilə təltif ediliblər. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
 
Çempionatın ilk iki günü yunan-Roma güləşi üzrə 154 pəhləvan mübarizə aparıb. Nəticələr aşağıdakı kimidi:
 
55 kq
1. Eldəniz Əzizli
2. Elçin Əliyev
3. Vilayət Qəhrəmanlı
3. Elman Muxtarov
 
60 kq
1. Kamran Məmmədov
2. Orxan Paşayev
3. Rövşən Bayramov
3. Sakit Cəlilov
 
66 kq
1. Həsən Əliyev
2. Vitali Rəhimov
3. Rəsul Çunayev
3. Əsədov Anar
 
74 kq
1. Niyaməddin İbrahimov
2. Samuray Mustafayev
3. Elvin Mürsəliyev
3. Emin Əhmədov
 
84 kq
1. Rafiq Hüseynov
2. Hamzat Yusupov
3. Şəhriyar Məmmədov
3. Rüfət Hüseynov
 
96 kq
1. Şalva Qadabadze
2. Saman Təhmasibi
3. Murtuza Tağıyev
3. Araz Həsənov
 
120 kq
1. Maksim Proxorov
2. Musa Mirzəyev
3. Zaur Mehrəliyev
3. Məsud Həşimzadə
 
Daha sonra isə sərbəst güləşçilər mübarizəyə qoşulublar. Ümumilikdə 190 pəhləvanın mübarizə apardığı yarışlarda nəticələr aşağıdakı kimidi:
 
55 kq
1. Namiq Sevdimzadə
2. Qalib Əliyev
3. Etibar Hacıyev
3. Cəlal Süleymanov
 
60 kq
1. Toğrul Əsgərov
2. Ağahüseyn Mustafayev
3. Hacı Əliyev
3. Ramil Ələkbərov
 
66 kq
1. Emin Əzizov
2. Ruslan Dibirhacıyev
3. Zəlimxan Hüseynov
3. Bəxtiyar İsrafilli
 
74 kq
1. Cəbrayıl Həsənov
2. Aleksandr Qostiyev
3. Elnur Əliyev
3. Aqil Quliyev
 
84 kq
1. Çamsulvara Çamsulvarayev
2. İlya Xamikoyev
3. Məhəmmədhacı Xatiyev
3. Novruz Temrezov
 
96 kq
1. Aslanbek Alborov
2. Toxtar Temrezov
3. Babay Məhəmmədov
3. İlham Abidov
 
120 kq
1. Cəmaləddin Məhəmmədov
2. Aslan Dzebişov
3. Əli Maqomeddabirov
3. Əli İsayev

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.