20 dekabr 2011 00:21
Azərbaycan güləşçisi Rusiyadan gümüş medalla qayıdır
Rusiyanın Çexov şəhərində sərbəst güləş üzrə qadınlar arasında Rusiya Kuboku uğrunda açıq çempionat keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda qadın güləşi üzrə Azərbaycan yığma komandasının 5 üzvü iştirak edib.
Onlardan yalnız Patimat Baqomedova vətənə medalla dönüb. Azərbaycan təmsilçisi 51 kq çəki dərəcəsində gümüş mükafata sahib olub.
Qeyd edək ki, P.Baqomedova ilə yanaşı Çexovda, həmçinin baş məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (51 kq), Gözəl Zutova, Anna Belyayeva (hər ikisi-63 kq) və Natalya Palamarçuk (72 kq) mübarizə aparıb.
