17 dekabr 2011 13:02
Qadın güləşçilərimiz Rusiya Kubokunda
17-18 dekabr 2011-ci il tarixdə Rusiyanın Çexov şəhərində sərbəst güləş üzrə qadınlar arasında Rusiya Kuboku uğrunda açıq çempionat keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatda qadın güləşi üzrə yığma komandamızın 5 üzvü iştirak edəcək.
Baş məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionata Anjela Doroqan, Patimat Baqomedova (hər ikisi 51 kq), Gözəl Zutova, Anna Belyayeva (hər ikisi 63 kq) və Natalya Palamarçuk (72 kq) yollanıb.
