16 dekabr 2011 12:16
Azərbaycan çempionatı başlayır!
22-25 dekabr 2011-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1993-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər.
Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Şəxsi yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
Proqram belədi:
22 dekabr 2011-ci il
55, 66 və 84 kq – yunan-Roma güləşi
23 dekabr 2011-ci il
60, 74, 96 və 120 kq – yunan-Roma güləşi
24 dekabr 2011-ci il
55, 66 və 84 kq – sərbəst güləş
25 dekabr 2011-ci il
60, 74, 96 və 120 kq – sərbəst güləş
Çempionatın rəsmi açılış mərasimi dekabrın 22-də saat 17.00-da baş tutacaq. Yarışlar hər gün saat 10.00-da başlayacaq. Azarkeşlərin arenaya girişi pulsuzdu.
