16 dekabr 2011 13:04
Türkiyə millisinin baş məşqçisi futbol oynayan zaman öldü (FOTO)
Türkiyənin güləş üzrə milli komandasının baş məşqçisi futbol oynayan zaman ölüb.Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, veteran pəhləvan Fevzi Şeker güləşçilərlə məşq etdikdən sonra onlarla futbol oynamaq qərarına gəlib. Lakin futbol oyunu zamanı 49 yaşlı məşqçi qəfildən yıxılıb.
O xəstəxanaya çatdırılsa da, artıq gec olub. İlkin müayinədən sonra baş məşqçinin infarktdan öldüyü məlum olub.
