12 dekabr 2011 12:28

Güləş qaydalarına yeni dəyişikliklər edildi

Londonda keçirilən güləş üzrə Olimpiya Oyunlarına test xarakterli yarışlar zamanı güləş qaydalarında bəzi dəyişikliklərin edildiyi açıqlanıb. Azerisport.az xəbər verir ki, bundan sonra sərbəst güləş yarışlarında idmançıların heç biri xal qazanmadığı təqdirdə püşk atılan zaman qutudan çıxan göy və ya qırmızı rəngli şar yenidən qutuya deyil, kənara qoyulacaq.
 
Xatırladaq ki, püşk zamanı qutuda 4 şar (2 qırmızı və 2 göy) olur. İlk püşkatmadan sonra qutuda 3 şar qalır ki, onlardan da ikisinin rəngi eyni olur. Bu da növbəti püşkatma zamanı digər idmançının da şansını artırır. Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərovun sözlərinə görə, FİLA texniki komitəsinin belə bir qərar qəbul etməsinin əsas səbəbi ondan ibarətdir ki, ilk cəhddə püşk üzünə gülən idmançı növbəti hissədə bəxtinin gətirməsinə inamın az olmasını düşünərək aktiv mübarizədən qaçmasın və daha fəal güləşsin. Bu isə təbii ki, güləşin baxımlılığını daha da artıracaq.
 
Digər dəyişikliklər isə, yunan-Roma güləşi ilə bağlıdır. Bundan sonra görüş başlamazdan öncə idmançıların əllərindən biri digərinin qolunun altında, o biri əli isə rəqibin qolunun üstündə olmalıdır. Həmçinin, 1 dəqiqə 30 saniyə ərzində idmançılardan hər hansı biri ayaqüstə vəziyyətdən xal qazanarsa, o zaman qalan 30 saniyə ərzində parter vəziyyəti olmayacaq. Parterə yalnız 1 dəqiqə 30 saniyə ərzində ayaqüstə xal qazanılmayacağı təqdirdə müraciət olunacaq. Əjdər Cəfərovun sözlərinə görə, test yarışlarında sınaqdan keçirilən bu yeniliklərin gələn ilin yanvarında tam təsdiqlənəcəyi gözlənilir.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.