27 noyabr 2011 14:16
Azərbaycan yığması üçün 1 milyon dollarlıq legioner (FOTO)
Azərbaycan Güləş Federasiyası yunan-roma güləşi üzrə yığmamız üçün yeni əcnəbini milliləşdirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, federasiya türkiyəli dünya və Avropa çempionu Rza Kayaalpa 1 milyon dollarlıq təklif ünvanlayıb. Qeyd edək ki, yunan-roma güləşi üzrə yığmamıza bir müddət öncə türkiyəli mütəxəssis Salih Bora baş məşqçi təyin olunub. Görünür, türkiyəli güləşçinin milliləşdirilməsi ideyasını da məhz baş məşqçi özü ortaya atıb. (Anadolu agentliyi)
