18 noyabr 2011 12:38
Hünər meydanında ilk nəticələr (FOTOREPORTAJ)
Noyabrın 17-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında güləş üzrə “Hünər meydanı” Respublika seçim turnirinin açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov Azərbaycanda güləş məktəbinin ənənələrindən söz açıblar.
Yarışın nəticələrinə əsasən, gənclərdən ibarət yunan-Roma və sərbəst güləş üzrə seçmə komandaların heyəti müəyyənləşəcək. Qalib və mükafatçılar seçmə komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
İlk gün sərbəst güləş üzrə 8 çəki dərəcəsində 131 idmançı qüvvəsini sınayıb. Bəzi çəki dərəcələrində yarışlar açıq şəkildə keçirilib və Rusiya güləşçiləri də iştirak edib. Nəticələr aşağıdakı kimidi:
50 kq
1. Mircəlal Həsənzadə - 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
2. Ruslan Qasımov – 7 saylı nümayənəlik, Gəncə
3. Nurlan Hüseynov - 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
3. İxtiyar Quliyev – 1 saylı nümayəndəlik, Neftçi İSM
55 kq
1. Qalib Əliyev – 1 saylı nümayəndəlik, Neftçi İSM
2. Pərviz İbrahimov – 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
3. Loğman Ağayev – 4 saylı nümayəndəlik, Astara
3. Fuad Nəsirli – 1 saylı nümayəndəlik, Zenit İC
60 kq
1. Kənan Quliyev – 2 saylı nümayəndəlik, Sumqayıt, Neftçi İSM
2. Ağabəy Ramazanzadə - 1 saylı nümayəndəlik, Təhsil İC
3. Əhmədnəbi Qvarzatilov – 1 saylı nümayəndəlik, Atasport
3. Ruhlan Məmmədov – 7 saylı nümayəndəlik, Gəncə
66 kq
1. Elçin Məmmədov – 7 saylı nümayəndəlik, Şəmkir
2. Bəxtiyar İsrafilli – 1 saylı nümayəndəlik, Gömrükçü İC
3. Gündüz İmaməliyev – 1 saylı nümayəndəlik, Neftçi İSM
3. Qatınmaqomed Hacıyev – 1 saylı nümayəndəlik, Atasport
74 kq
1. Elcan Usubzadə - 7 saylı nümayəndəlik, Qazax
2. Yaqubəli Şıxcamalov – Rusiya
3. Kamran Yunusov – 1 saylı nümayəndəlik, Neftçi İSM
3. Ruslan Həsənov – Rusiya
84 kq
1. Məhəmmədhacı Xatiyev – Rusiya
2. Orxan Şərifov - 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
3. Rəhman Hüseynov – 7 saylı nümayəndəlik, Qazax
3. Mircəfər Murtuzlu – 1 saylı nümayəndəlik, Neftçi İSM
96 kq
1. Baday Məhəmmədov – Rusiya
2. Zəlimxan Cəbrahimov – Rusiya
3. Məlikağa Məlikli – 4 saylı nümayəndəlik, Masallı
3. Məhəmmədhacı Nurov – Rusiya
120 kq
1. Əli Məhəmməddabirov – 1 saylı nümayəndəlik, Atasport
2. Toğrul Cavadlı – 1 saylı nümayəndəlik, Gömrükçü İC
3. Hakim Mehdiyev – 7 saylı nümayəndəlik, Gəncə
