16 noyabr 2011 03:25

İstanbul Bosphorus – Baku Fires: heyətlər açıqlandı

Noyabrın 18-də İstanbulun Əhməd Cömərt İdman salonunda Ümümdünya Boks Seriyasının (WSB) 2-ci turun matçında Türkiyənin “İstanbul Bosphorus” və Azərbaycanın “Baku Fires” komandaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, gorüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Artıq komandaların heyətləri də məlumdu. Onlarla sizi tanış edirik:
 
İstanbul Bosphorus - Baku Fires
54 kq. Murat Temur (Türkiyə) – Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Bunyamin Aydın (Türkiyə) – Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Caba Xositaşvili (Gürcüstan) – Məhəmməd Nurudzinov (Belarus)
85 kq. Sardor Beqaliyev (Özbəkistan) – Azamat Murtuzəliyev (Azərbaycan)
+91 kq. Viktor Zuyev (Belarus) – Hacı Murtuzəliyev (Azərbaycan)
 
Qeyd edək ki, “Baku Fires” İstanbula noyabrın 16-da yola düşəcək. Qairbek Qermaxanov, Azamat Murtuzəliyev və Hacı Murtuzəliyev Türkiyadə “Baku Fires”ın heyətində ilk döyüşlərini keçirəcəklər. Semyon Qrivaçyov üçün bu artıq dördüncü matç olacaq. Ötən mövsümdə o iki qələbə qazanıb, bir dəfə məğlub olub. Məhəmməd Nurudzinov isə dörd döyüş keçirib və üç dəfə qalib qəlib.
 
“İstanbul Bosphorus”un heyətində AÇ-2011-in bürünc mükafatçısı Caba Xositaşvili və 2004-cü ilin Olimpiya Oyunlarında 2-ci yeri tutan Viktor Zuyevi qeyd etmək olar.
 
1-ci turda “İstanbul Bosphorus” və “Baku Fires” fərqli nəticələr əldə ediblər. “Baku Fires” evdə Çinin “Wuxi Dragons” klubunu 5:0 hesabla darmadağın edibsə, “İstanbul Bosphorus” Fransada keçmiş mövsümün fınalçısı “Paris United” komandasına uduzub - 2:3. Qrupumuzun digər matçında Almaniyanın “Leipzig Leopards” klubu “Mexico City Guerreros” üzərində 4:1 hesablı qələbə qazanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.