13 noyabr 2011 00:12
Azərbaycan Avropa Millətlər kubokunun finalında
Moskvada keçirilən Avropa Millətlər Kuboku turnirində Azərbaycanın hər iki yığma komandası finala yüksəlib. Azerisport.az xəbər verir ki, hər iki yığma komandamız qrupda birinci yeri tutaraq finala yüksəlib.
Finalda rəqib digər qrupun qalibi Rusiya yığması olacaq. Final görüşləri noyabrın 13-də keçiriləcək.
Qruplardakı görüşlərə gəlincə, sərbəst güləşçilərimiz Bolqarıstan və Belarusu məğlub ediblər. Yunan-Roma güləşçilərimiz isə Ukraynavə Bolqarıstanı yenməklə, həlledici görüşə vəsiqəyə sahib çıxıblar.
Sərbəst güləş
A qrupu
Azərbaycan - Bolqarıstan 7-0
Azərbaycan - Belarus 6-1
Yunan-Roma güləşi
B qrupu
Azərbaycan - Ukrayna 7-0
Azərbaycan - Bolqarıstan 4-3
