11 noyabr 2011 17:28
Azərbaycan Avropa Millətlər kubokundakı rəqiblərini tanıdı
12-13 noyabr tarixində Moskvada keçiriləcək Avropa Millətlər Kuboku turnirində püşkatma mərasimi keçirilib. AGF-nin baş katibi Əjdər Cəfərovun verdiyi məlumata görə, sərbəst güləş üzrə yığma komandamız A qrupunda Bolqarıstan və Belarus yığmaları ilə mübarizə aparacaq.
Azerisport.az xəbər verir ki, B qrupunda isə Rusiya, Gürcüstan və Türkiyə pəhləvanları qarşılaşacaq. Y
unan-Roma güləşi üzrə yığma komandaların yarışında isə Rusiya, Türkiyə və Belarus A qrupunda, Azərbaycan, Ukrayna və Bolqarıstan isə B qrupunda yer alıb.
Yarışlar Bakı vaxtı ilə, saat 9:00-da başlayacaq.
