31 oktyabr 2011 14:12
Yığmamız İstanbuldan 8 medalla qayıdır
İstanbulda keçirilən güləş üzrə 27-ci Cumhuriyyət Kuboku Beynəlxalq turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Özbəkistan, Ukrayna, Gürcüstan, Rusiya və Türkiyə başda olmaqla 10-dan artıq ölkənin pəhləvanları iştirak edib.
Böyük məşqçi İlqar Abdulov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə iştirak edən yunan-Roma güləşi üzrə gənclərdənibarətyığmamızkomandahesabındaikinciolub. Ümumilikdə yığmamız 5 qızıl və 3 bürünc medal qazanıb və 52 xal toplayıb.
Qızıl medalları yığmamıza Fazil Zamanzadə (55 kq), Nurlan Əsgərov (60 kq), Ceyhun Əliyev (66 kq), Şamil Ertuqanov (74 kq) və Fuad Əliyev (84 kq), bürüncləri isə Toğrul Yunisli (74 kq), Sultan İsmayılov(84 kq) və Hacımurad Çöpsiyev (96 kq) əldə edib.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev də iştirak edib.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev də iştirak edib.
