27 oktyabr 2011 14:17
Azərbaycan Türkiyə, Rusiya və Ukraynaya qarşı
28-30 oktyabr 2011-ci il tarixdə İstanbulda güləş üzrə 27-ci Cumhuriyyət Kuboku Beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Özbəkistan, Ukrayna, Gürcüstan, Rusiya və Türkiyə başda olmaqla 10-dan artıq ölkənin pəhləvanları iştirak edəcək.
Turnirdə ölkəmizi yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın üzvləri təmsil edəcək. Böyük məşqçi İlqar Abdulov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında Fazil Zamanzadə (55 kq), Nurlan Əsgərov (60 kq), Ceyhun Əliyev (66 kq), Toğrul Yunisli, Şamil Ertuqanov (hər ikisi 74 kq), Fuad Əliyev, Sultan İsmayılov (hər ikisi 84 kq) və Hacımurad Çöpsiyev (96 kq) Türkiyəyə yola düşüb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev də iştirak edəcək.
