13 oktyabr 2011 16:14

Azərbaycan Qitələrarası kubokda 3-cü oldu

Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə Qitələrarası Kubok beynəlxalq turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan yığma komandası üçüncü yeri tutub.
 
On komandanın mübarizə apardığı turnirdə yığmamız Dağıstan, Türkiyə və Ukrayna ilə bir yarımqrupda yer alıb. Qrupda ikinci yeri tutan sərbəst güləş üzrə yığmamız digər yarımqrupun ikincisi Gürcüstan ilə üçüncülük görüşünə çıxıb. Yekun hesabda (4:3) qalib gələn Azərbaycan güləşçiləri Qitələrarası Kubok beynəlxalq turnirini üçüncü yerdə tamamlayıblar.
 
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamızın heyətində Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev (74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) yer almışdılar.
 
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev Azərbaycanı təmsil edib. Olimpiya dərəcəli hakim Hicran Şərifov isə beynəlxalq turnirdə FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) nümayəndəsi kimi turnirə nəzarət edib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.