10 oktyabr 2011 12:20
Azərbaycan yığması üçün qitələrarası kubok
10-12 oktyabr 2011-ci il tarixdə Dağıstan Respublikasının Xasavyurt şəhərində sərbəst güləş üzrə Qitələrarası Kubok beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda bu turnirdə iştirak edəcək.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Xasavyurta Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev (74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) yollanıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev ölkəmizi təmsil edəcək. Olimpiya kateqoriyalı hakim Hicran Şərifov isə, beynəlxalq turnirdə FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) nümayəndəsi kimi iştirak edəcək.
