8 oktyabr 2011 15:44
Yığmamızın altı üzvü Çeçenistana getdi
8-10 oktyabr 2011-ci il tarixdə Qroznıda Çeçenistan prezidenti Ramzan Kadırovun Kuboku və əməkdar idman ustası Adlan Varayevin prizi uğrunda sərbəst güləş üzrə III beynəlxalq turnir keçiriləçək. Azerisport.az xəbər verir ki, məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə yığma komandanın 6 üzvü iştirak edəcək.
Heyətdə Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov, David Suynuçxanov (hər ikisi 66 kq), Kamran Yunusov (74 kq) və Sübhan İsmayılov (84 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov ölkəmizi təmsil edəcək.
