8 oktyabr 2011 03:30
Yığmamızın üzvləri mükafatlandırıldı (FOTOREPORTAJ)
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi 2011-ci ildə yeniyetmələr və gənclər arasında keçirilən Avropa və Dünya birinciliklərində medal qazanmış idmançıları, onların məşqçilərini mükafatlandırıb. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən Federasiyanın 1-ci vitse-prezidenti Namiq Əliyev deyib ki, hazırda ölkəmizdə yeni güləşçi nəsli yetişir və onların hər biri əsas yığma komandada istənilən idmançını əvəzləmək iqtidarındadı:
“Bizim əsas hədəfimiz London Yay Olimpiya Oyunlarında bütün çəki dərəcələrində təmsil olunmaqdır və bu mənada gələn il keçiriləcək lisenziya turnirləri arasındakı vaxt azlığını nəzərə alsaq, o zaman sizin hər birinizin bu yarışlarda iştirak imkanınız var” - deyən Namiq Əliyev bunun üçün güləşçilərin öz üzərlərində səylə çalışmasının vacibliyini vurğulayıb.
