29 sentyabr 2011 12:44
Yığmamızın 3 üzvü Rusiyaya gedir
1-2 oktyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, yığma komandamızın 3 üzvü də bu turnirdə ölkəmizi təmsil edəcək.
Məşqçi Elman Əsgərovun rəhbərliyi altında Azər Paşayev (55 kq), İbrahim Yusubov və Elnur Əliyev (hər ikisi 74 kq) turnirdə iştirak edəcək. Görüşlərin idarə edilməsində isə ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynalov təmsil edəcək.
