22 sentyabr 2011 00:06
TRT Azərbaycan güləşini dəyərləndirdi (VİDEO)
Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatı xüsusilə diqqət mərkəzində oldu. Azerisport.az xəbər verir ki, bunun da səbəblərindən biri bu yarışın həm də lisenziya verməsi idi. Bütün idmançılar Londona vəsiqə qazanmaq üçün amansız mübarizəyə girmişdilər. Təbii ki, onların arasında Azərbaycan güləşçiləri də var idi. Dünya çempionatını yayımlayan Türkiyənin TRT3 dövlət kanalının şərhçisi Azərbaycanda güləşin inkişafı və güləşçilərimizin nailiyyətləri barədə fikirlər bildirib.
