20 sentyabr 2011 15:06
“Səhvlərimi aradan qaldırmağa çalışacam”
Türkiyənin İstambul şəhərində başa çatan dünya çempionatında Azərbaycanın qazandığı 3 bürünc medaldan biri də Cəbrayıl Həsənovun aktivinə yazıldı. Azerisport.az xəbər verir ki, qızıl gətirəcəyinə böyük ümidlər bəslədiyimiz idmançı nisbətən aşağı pillədə qərarlaşmasına aydınlıq gətirib:
“Mən dünya çempionluğu üçün getmişdim. Amma alınmadı. Təlim-məşq toplanışlarında səhvlərimi aradan qaldırmağa çalışacam”.
