20 sentyabr 2011 14:16
Dünya çempionumuz: Qələbə arzum var idi və reallaşdı
Türkiyənin İstambul şəhərində keçirilən güləş üzrə dünya çempionatında 84 kq çəki dərəcəsində qızıl qazanan Şərif Şərifov bununla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bu dünya çempionatında həm də lisenziya verildiyinə görə digərlərindən çox çətin keçdi. 6 görüş keçirdim və hər biri də ağır idi. Qələbə arzum var idi və reallaşdı. Düzü, dünya çempionu olacağımı gözləmirdim. İnşallah, olimpiadada da qızıl qazanaram”.
