17 sentyabr 2011 22:30

Şərif Şərifov dünya çempionu oldu (YENİLƏNİB)

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların altıncı günündə daha 3 güləşçimiz medal və London olimpiadasına lisenziya qazanmağa çalışıb.
 
Zəlimxan Hüseynov (60 kq) startda (1/32 final) litvalı Vitas Çumakova qalib gəlməliydi ki, buna da nail olub - 7:1, 3:0. Növbəti mərhələdə isə o, türkiyəli güləşçi Ersan Çətin üzərində qələbəyə sevinib - 1:0, 0:2, 5:0. Onun 1/8 finaldakı rəqibi Fenqom Qao (Çin) idi. Zəlimxan çətinliklə də olsa, bu rəqbini də yenib - 1:4, 5:0, 6:4. Yarımfinala çıxmaqla London olimpiadasına lisenziya qazanmaq üçün Puerta Rikalı Franklin Matosa qalib gəlmək lazım olsa da, Hüseynov bunu bacarmayıb - 1:0, 0:1, 1:2. Amma, Matosun finala çıxması Hüseynova yenidən medal və lisenziya qazanmaq şansı verimişdi. Zəlimxan gürcü Malxaz Zarkua üzərində qələbə qazanmaqla, növbəti lisenziyamızı rəsmiləşdirə bilərdi. Lakin Hüseynov bu görüşdə də uduzmaqla, həm lisenziyasız, həm də medalsız qalıb.
 
84 kq-da yarışan Şərif Şərifov ilk döyüşünü Cənubi Koreyadan olan Çan Uk Yuna qarşı keçirib və qələbə qazanıb - 6:0, 2:0. Şərifovun növbəti mərhələdəki rəqibi Kael Sanderson (ABŞ) idi ki, o, bu rəqibini də məğlub etməyi bacarıb - 3:1, 4:1. 1/8 finaldakı rəqib Ernek Baydauşov da Şərifə problem yarada bilməyib - 3:0, 3:0. Yarımfinala çıxmaq və olimpiadaya lisenziyanı rəsmiləşdirmək üçün İran güləşçisi Əlirza Qudarzini məğlub etmək lazım idi ki, Şərifov buna nail olub - 2:1, 3:1. Beləliklə də o, komandamıza 4-cü lisenziyanı qazandırıb. Finala çıxmaq üçün Şərif rusiyalı Albert Saritovu məğlub etməliydi. O, bunu da bacarıb - 3:1, 4:3. Həlledici görüşdə isə rəqib ukraynalı İbrahim Aldatov idi. Şərifov bu rəqibi üzərində də qələbə qazanmaqla, dünya çempionu adını qazanıb.
 
Xetaq Qazyumov (96 kq) isə startda ukraynalı Alen Zaseyevlə üz-üzə gəlib və qələbə qazanıb - 1:0, 3:0. Bu uğuru növbəti mərhələdə Belarus idmançısı Ruslan Şeyxov üzərində də təkrarlamaq lazım idi. Amma güləşçimiz bu görüşdə uduzub - 0:1, 0:2. O, belaruslu güləşçinin finala çıxmasını arzulasa da, bu ümidi də puç olub və mübarizəni tam olaraq dayandırıb.
 
Xatırladaq edək ki, ilk 5 gündə mübarizə aparan idmançılarımızdan Rövşən Bayramov (55 kq) qızıl medal və lisenziya qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi London olimpiadasına sadəcə lisenziya əldə etməsinə sevinib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova ilə (51 kq) Sona Əhmədli (59 kq) isə sadəcə bürünc medalla kifayətlənib.
 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.