16 sentyabr 2011 17:54

DÇ-də ən uğursuz gün (YENİLƏNİB)

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların beşinci günündə daha 3 güləşçimiz medal və London olimpiadasına lisenziya qazanmağa çalışıb.
 
Nadya Sementsova (67 kq) mübarizəyə Natalya Kukşina (Rusiya) ilə duellə başlayıb və qələbə qazanıb. Növbəti mərhələdə yaponiyalı Yoşiko İno üzərində də eyni uğuru təkrarlamaq lazım idi. Amma təəssüf ki, idmançımızın bu cəhdi uğursuz alınıb - 0:1, 1:0, 0:1. Qeyd edək ki, bu çəki dərəcəsində olimpiadaya lisenziya yox idi. Bu üzdən yaponiyalı idmançı finala çıxsa, Sementsova yalnız bürünc medal qazanmaq şansı əldə edəcəkdi. Amma İno da finala çıxa bilməyib və idmançımız turniri uğursuz başa vurub.
 
Dina İvanova (72 kq) ilk olaraq Pret Kaur (Hindistan) üzərində qələbə qazanıb - 2:0, 6:3. Onun növbəti rəqibi Belarus təmsilçisi Vasilisa Marzaliuk idi. Təəssüf ki, idmançımız 1/4 finala adlaya bilməyib. Amma məhz bu rəqibi finala adlayacağı halda İvanova həm lisenziya, həm də medal şansı əldə edəcəkdi. Təəssüf ki, onun da rəqibi çox uzağa gedə bilməyib və idmançımız nə medal, nə də lisenziya qazana bilib.
 
Mahmud Məhəmmədov isə startda (55 kq) Enq-Yub Kimlə (Koreya) mübarizədən qalib ayrılmağı bacarıb - 4:0, 6:0. Növbəti mərhələdə o, Daulet Niyazbekova (Qazaxıstan) da eyni aqibəti yaşatmalıydı. Lakin Mahmud bu dəfə məğlub olub - 2:2, 2:1, 0:2. Buna baxmayaraq, onun da medal və lisenziya şansları qalmaqdaydı. Amma Qazaxıstan güləşçisi də finala çıxa bilməyincə, DÇ-də ən uğursuz günümüzü yaşamış olduq.
 
Qeyd edək ki, ilk 4 gündə mübarizə aparan 9 idmançımızdan Rövşən Bayramov (55 kq) qızıl medal və lisenziya qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi London olimpiadasına sadəcə lisenziya əldə etməsinə sevinib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova ilə (51 kq) Sona Əhmədli (59 kq) isə sadəcə bürünc medalla kifayətlənib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.