16 sentyabr 2011 14:45
Azərbaycan şirkəti dünya çempionlarına Toyota hədiyyə edəcək
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionu olan güləşçilərimizə Toyota Prado avtomobili hədiyyə ediləcək. Azerisport.az xəbər verir ki, qızıl medalların sahiblərinə bu hədiyyəni Azərbaycanın tikinti şirkəti olan “Yeni Həyat” MTK təqdim edəcək.
Qeyd edək ki, bu avtomobili ilk qazanan yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində dünya çempionu Rövşən Bayramov olub.
