15 sentyabr 2011 22:48

Sona Əhmədli də medal qazandı (YENİLƏNİB)

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların dördüncü günündə daha 3 güləşçimiz medal və London olimpiadasına lisenziya qazanmağa çalışıb.
 
55 kq-da yarışan Yuliya Ratkeviç startda Salamat Kuçimova (Özbəkistan) ilə qarşılaşıb və qələbə qazanıb - 1:0, 4:0. Növbəti görüşdə latviyalı Anastasiya Qriqoryevaya da eyni aqibəti yaşatmaq lazım idi ki, idmançımız bunu bacarıb - 6:0, 4:4. 1/4 finalda idmançımızı Kanada güləşçisi Linn Verbek gözləyirdi. Onu da yenəcəyi halda, Ratkeviç də olimpiya lisenziyasına sahib çıxacaqdı. Amma təəsfüf ki, Yuliya bu dəfə məğlubiyyətə üzülüb - 2:1, 0:1, 0:3. Lakin onun hələ də həm lisenziya, həm də medal qazanmaq şansı var. Çünki Verbek finala kimi irəliləyə bilib. Yuliya isə öncə Mariya Qurova (Rusiya) üzərində qələbə qazanmalıydı. Lakin o, 0:2, 1:0, 1:2 uduzaraq, mübarizəsini dayandırmalı olub.
 
Sona Əhmədli (təşkilatçılar onun soyadını öncədən Əliyeva gösərsələr də, sonradan bu səhvi aradan qaldırdılar - azerisport.az) isə (59 kq) ilk qələbəsini Qazaxıstan güləşçisi Olqa Kalinina üzərində qazanıb - 1:0, 2:0. Onun növbəti rəqibi rusiyalı Valeriya Jolobovaydı. Sona bu rəqibini də çətinliklə də olsa, yenə bilib - 0:2, 2:1, 2:1. Nəticədə, Əhmədli 1/4 finala çıxıb ki, burda da Nadza Mixalkova (Belarus) üzərində qələbəyə sevinib - 3:1, 3:2. İdmançımız yarimfinala çıxsa da, qeyd edək ki, bu yaş qrupunda olimpiadaya lisenziya yoxdu. 1/2 finaldakı rəqib Qana Vasilekoydu (Ukrayna) ki, Əhmədli bu görüşdə məğlub olub - 4:6. Belədə o, axşam keçiriləcək həlledici oyunlarda bürünc medal üçün mübarizə aparacaq. Rəqib isə Kanada güləşçisi Amanda Gerhart olub. Sona bu görüşdə qələbə qazanıb - 1:0, 2:1. Beləcə, o, yığmamızın hesabına daha bir medal yazdırıb.
 
Gözəl Zutova (63 кг) ilk duelində Mustafa Useynlə (Bolqarıstan) qarşılaşıb və elə startdaca uduzub. Ona qalib gələn rəqibi finala çıxa bilmədiyindən, Zutovanın medal qazanmaq ümidləri də puç olub.
 
Qeyd edək ki, ilk 3 gündə mübarizə aparan 9 idmançımızdan Rövşən Bayramov (55 kq) qızıl medal və lisenziya qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi London olimpiadasına sadəcə lisenziya əldə etməsinə sevinib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova isə (51 kq) isə sadəcə bürünc medalla kifayətlənib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.