14 sentyabr 2011 01:06
Yığmamız DÇ-də yalnız qonşularından geri qalır
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatında ikinci yarış günündən sonra komandaların lisenziya hesabında nəticələr müəyyənləşib. Azerisport.az xəbər verir ki, ikinci gündə daha 4 ölkə lisenziyaya sevinib.
Beləliklə, London olimpiadasına lisenziya əldə edən ölkələrin ümumi sayı 20-çatıb.
Bunlardan Rusiya və İranın hərəyə dörd güləşçisi lisenziya qazanmasını bayram edib. Türkiyə 3 lisenziya ilə elə üçüncü pillədə qərarlaşıb.
Azərbaycan, Belarus, Koreya, Kuba, Bolqarıstan, Qazaxıstan, Macarıstan və Polşa isə iki olimpiya lisenziyası qazana bilib.
Maraq üçün qeyd edək ki, bu turnirdə olimpiya lisenziyasını 1-6-cı yerləri tutan idmançılar əldə edirlər.
