13 sentyabr 2011 21:35

Təhmasibi də olimpiadaya lisenziya qazandı (YENİLƏNİB)

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün ikinci günün qarşılaşmaları keçirilib.
 
60 kq-da yarışan Həsən Əliyev çempionluğa gedən yolda ilk olaraq erməni əsilli İspaniya vətəndaşı Albert Baqumyanla qarşılaşıb və onu məğlub edib - 1:0, 1:0. 1/16 finalda isə Əliyev bu dəfə Polşanı təmsil edən digər erməni - Edvard Barqesyan üzərində qələbə qazanıb - 1:0, 2:0. Üçüncü cəhdində Manuel Salqero (Меksika) üzərində qələbəyə sevinən (2:0, 3:0) güləşçimiz 1/4 finala adlayıb. Burda onun rəqibi Venesuela idmançısı Lopes Lyendodu. Bu rəqibini də məğlub edəcəyi halda Həsən Əliyev də olimpiya lisenziyasına sahib çıxacaqdı. Amma təəssüf ki, idmançımız bu dueldə gözlənilmədən məğlub olub - 1:0, 0:2, 0:1. Buna baxmayaraq, Əliyev lisenziya şansına malik idi. Bunun üçün ən azı Lyendonun finala çıxması lazım idi. Lakin o, bunu bacarmayıb. 
 
84 kq-da Saman Təhmasibi hindistanlı Kumar Manojla üz-üzə gəlib və ilk cəhdini qələbəylə başa vurub - 1:0, 4:0. Ardından Tunis idmançısı Haykela Aşuri də (Tunis) onun qarşısında ağ bayraq qaldırıb - 3:0, 2:0. Lakin təəssüf ki, üçüncü cəhdində qarşılaşdığı Albert Səlimovla dueldən məğlub ayrılan (0:2, 0:2) Təhmasibi 1/4 finala çıxa bilməyib. Amma o, hələ lisenziya şanslarını saxlayır. Məsələ burasındadı ki, idmançımızın məğlub olduğu Səlimov finala qədər irəliləməyi bacarıb. Belədə, Təhmasibi daha iki qələbə qazanmaqla olimpiadaya lisenziya, üçüncünü də qələbə ilə başa vuracağı halda medal qazana bilər. O, ilk olaraq Janarbek Kenjeyevlə (Qırğızıstan) qarşılaşıb və qələbəyə sebinib - 1:0, 0:3, 2:0. Güləşçimiz Nenad Zuqaj (Xorvatiya) üzərində də eyni uğuru təkrarlamağı bacarıb - 2:0, 0:1, 1:0. Beləcə, güləş yığmamız London olimpiadasına ikinci lisenziyasını qazanıb. Bu görüşdən sonra isə məlum olub ki, Təhmasibi ciddi zədə alıb və bürünc medal uğrunda Finlandiya idmançısı Rami Hyetanyemi ilə qarşılaşa bilməyəcək.
 
120 kq-da Məsut Həşimzadə öncə Finlandiya idmançısı Henrik Lalliyə qalib gəlib - 1:0, 1:0. Onun növbəti rəqibi Yuri Patrikeyev (Ermənistan) olub. Təəssüf ki, erməni legioner azərbaycanlı həmkarından daha güclü olub - 1:0, 0:1, 1:0. Beləcə, Həşimzadə uğursuz çıxışı ilə yadda qalıb.
 
Qeyd edək ki, ilk gündə 3 idmançımız Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (66 kq) və Şalva Qadabadze (96 kq) mübarizə aparsalar da, yalnız Bayramov qızıl medal və lisenziya qazanmışdı.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.