13 sentyabr 2011 01:24
Azərbaycan yalnız Rusiya və Belarusdan geri qaldı
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatında ilk gündən sonra komanda hesabında nəticələr müəyyənləşib. Azerisport.az xəbər verir ki, ilk gündə 16 ölkə təmsilçilərinin olimpiya lisenziyası əldə etməsinə sevinib.
Bunlardan Rusiya və Belarus iki güləşçisinin lisenziya qazanmasını bayram edib. Azərbaycan, Çin, KXDR, İran, Gürcüstan, Koreya, Almaniya, Kuba, ABŞ, Bolqarıstan, İsveç, Misir və Türkiyə isə bir olimpiya lisenziyası qazana bilib.
Maraq üçün qeyd edək ki, bu turnirdə olimpiya lisenziyasını 1-6-cı yerləri tutan idmançılar əldə edirlər.
Maraq üçün qeyd edək ki, bu turnirdə olimpiya lisenziyasını 1-6-cı yerləri tutan idmançılar əldə edirlər.
