13 sentyabr 2011 00:54

Bayramov həm dünya çemionu oldu, həm də lisenziya qazandı

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, ilk gündə üç pəhləvanımız qüvvəsini sınayıb.
 
55 kq-da yarışan Rövşən Bayramov yarışa bolqarıstanlı Veselin Venkovla start verib. Bu görüşdə qələbə qazanan Bayramov 1/8 finala vəsiqə əldə edib. Bu mərhələdə Rövşən yaponiyalı Kohey Hasaqava ilə qarşılaşıb və qələbə qazanaraq 1/4 finala adlayıb. Macarıstanlı Peter Modos və yarımfinaldakı Çin idmançısı Şunjin Li də idmançımız qarşısında tab gətirməyib. Adını finala yazdıran Bayramov həm də olimpiada lisenziya qazanıb. Həlledici görüşdə də Elbek Tajiyev üzərində qələbə qazanan güləşçimiz dünya çempionu adına yiyələnib.

66 kq-da Vitali Rəhimovun ilk rəqibi Danimarka güləşçisi Frederik Byerrexus olub. Rəhimov Byerrexusu üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.  Burada həmyerlimiz meksikalı İvan Ulyesesi yenib və 1/4 finala adlayıb. Növbəti rəqib Hyeon-Vu Kim (Koreya) ilə qarşılaşma isə idmançımız üçün uğursuz alınıb və belə olimpiya lisenziyasından da məhrum olub.

96 kq Azərbaycan adına Şalva Qadabadze güləşib. Startda onun rəqibi yaponiyalı Arizono Takuma olub. Qadabadze ilk cəhddə qələbəni bayram edib. O, 1/8 finalda Ermənistan güləşçisi Artur Aleksanyana uduzub.
 
55 kq
1/16 - Rövşən Bayramov - Venelin Petkov Venkov (BUL) (1:0, 3:0)
1/8 - Rövşən Bayramov - Kohei Hasegava (JPN) (1:0, 0:2, 1:0)
1/4 - Rövşən Bayramov - Péter Modos (HUN) (1:0, 3:0)
1/2 - Rövşən Bayramov - Shujin Li (CHN) (3:0, 2:0)
FİNAL - Rövşən Bayramov - Elbek Tajiyev (BLR) (3:0, 1:0)
 
66 kq
1/16 - Vitali Rəhimov - Fredrik Holmquist Bjerrhuus (DEN) (1:0, 1:0)
1/8 - Vitali Rəhimov - Ulises Ivan Barragan Calderon (MEX) (1:0, 1:0)
1/4 - Vitali Rəhimov - Hyeon-Woo Kim (KOR) (0:1, 0:3)
 
96 kq
1/32 - Şalva Qadabadze - Takuma Arizono (JPN) (3:0, 3:0)
1/16 - Şalva Qadabadze - Ashok Kumar (IND) (7:0, 2:0)
1/8 - Şalva Qadabadze - Artur Aleksanyan (ARM) (0:1, 0:2)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.