12 sentyabr 2011 02:18

Azərbaycan şirkəti FİLA ilə müqavilə bağladı (VİDEO, FOTOLAR)

11 sentyabr 2011-ci il tarixində  “AtaHoldinq”  ASC  İstanbul şəhərində keçirilən Beynəlxalq Güləş Konqresi ərəfəsində 2013-2017-ci illər ərzində  Beynəlxalq Güləş Federasiyasının (FİLA)  sponsoru olması haqqında müqavilə  imzalayıb. Azerisport.az xəbər verir ki, müqaviləni Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti cənab  Rafael Martinetti və  “AtaHoldinq” ASC İdarə Heyətinin sədri cənab Fərid Əsədov imzalayıblar.
 
İmzalanmış müqavilə  gələcəkdə müxtəlif yarışların “Dünya Çempionatı”, “Dünya Kuboku”,  “Avropa  Çempionatı”, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş  “Qızıl Qran  Pri Finalı”  və  s. beynəlxalq turnirlərinin keçirilməsinə şərait yaradacaq. Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti cənab Rafael Martinetti imzalanmış müqavilə haqqında öz fikrini bildirmişdir: “Biz Azərbaycan şirkəti olan “AtaHoldinq” ASC-yə öz minnətdarlığımızı bildiririk. “AtaHoldinq” ASC-nin  Beynəlxalq Güləş Federasiyası (FILA) ilə imzaladığı müqavilə dünyada  güləş idman növünün inkişafına öz töhfəsini verəcəkdir. Şirkətin  güləş idman növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə “AtaHoldinq” ASC-nin  rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk”. 
 
“AtaHoldinq” ASC İdarə Heyətinin sədri cənab Fərid Əsədov sponsorluq müqaviləsi haqqında öz fikrini bildirib: “AtaHoldinq” ASC-nin Beynəlxalq Güləş Federasiyasının (FILA) sponsoru olması müstəqil dövlətimizin dünyada daha da tanınmasına, onun  beynəlxalq nüfuzunun artmasına töhvələr verəcək. Digər tərəfdən Azərbaycan şirkətinin beynəlxalq idman təşkilatının sponsoru kimi çıxış etməsi Azərbaycanda gedən iqtisadi inkişafın, onun artan qüdrətinin və güclü milli şirkətlərinin   formalaşdığının bir təzahürüdü. “AtaHoldinq” ASC korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi kimi idmana dəstəyi özünə borc bilir. Bu müqavilənin imzalanması  bu sahəyə olan  diqqətimizin  növbəti bariz nümunəsidi”.
 
Qeyd edək ki, “AtaHoldinq” ASC 2008-ci ildən Beynəlxalq Güləş Federasiyasının sponsorudur.  Bundan əvvəl Federasiya ilə 2008-2012-ci illəri əhatə edən sponsorluq müqaviləsi imzalanmışdı.  Dörd illik müqavilənin ötən üç ili ərzində Beynəlxalq Güləş Federasiyası  (FILA) tərəfindən çoxlu sayda beynəlxalq yarışlar təşkil olunmuşdur ki, onlardan bir neçəsi də ölkəmizdə keçirilib.
 

 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.