12 sentyabr 2011 01:43

Martinetti Azərbaycanı fərqləndirdi (VIDEO, FOTOLAR)

Beynəlxalq Güləş Federasiyası – FİLA-nın İstanbulda keçirilən konfransında 2012-ci ildə təşkil olunacaq yarışlarla bağlı təşkilatçı ölkələrin hesabatları dinlənilib, onların yarışlara hazırlıqla bağlı gördükləri işlər qiymətləndirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov 2012-ci ildə Azərbaycanda sərbəst güləş üzrə Dünya Kuboku, yeniyetmələrin hər üç növ üzrə Dünya Birinciliyi və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Qızıl Qran-Pri”turnirinin final mərhələsinin yüksək səviyyədə təşkil olunacağını bildirib və təqdimat xarakterli videoçarxı konfrans iştirakçılarına nümayiş etdirib.
 
Gələn il bir sıra nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin videoçarxları da konfrans zamanı iştirakçılara təqdim olunub. Çıxışlar başa çatdıqdan sonra FİLA prezidenti Rafael Martinetti təqdimatlara münasibət bildirərkən ən yaxşı videoçarxın məhz Azərbaycan Güləş Federasiyası tərəfindən hazırlandığını xüsusi vurğulayıb.
 
FİLA-nın konfransı öz işini başa vurduqdan sonra Dünya Çempionatını idarə edəcək hakimlərin seminarı başlayıb. Seminarda ölkəmiz ikiOlimpiya kateqoriyalı referi ilə – Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov və Hicran Şərifovla təmsil olunub.
 
 
 
 
 

 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.