6 sentyabr 2011 14:36
Yığmamızın DÇ-yə gedəcək ən güclülərinin adı açıqlandı (FOTOREPORTAJ)
12-18 sentyabr 2011-ci il tarixdə Türkiyənin İstanbul şəhərində böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatda ilk 6 yeri tutan idmançılar 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya oyunlarına lisenziya qazanacaqlar. Bu gün AGF-nin I vitse-prezidenti Namiq Əliyevin iştirakı ilə çempionata yollanacaq sərbəst və qadın güləşi üzrə yığma komandaların heyyəti açıqlandı.
Baş məşqçi Rövşən Umudovun rəhbərliyi altında İstanbula Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Gözəl Zutova (63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yollanacaq. Xatırladaq ki, qadın güləşçilərin mübarizəsində yalnız 48, 55, 63 və 72 kq çəki dərəcələrində Olimpiya Oyunlarına lisenziya qazanmaq mümkündür.
Sərbəst güləş üzrə yığma komandanın heyyəti də artıq dəqiqləşib. Baş məşqçi Saypulla Abasidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında dünya çempionatında ölkəmizi Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) təmsil edəcək.
