23 avqust 2011 12:56

Yığmamızın DÇ üçün heyəti açıqlandı

23-28 avqust 2011-ci il tarixdə Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək.
 
Çempionatın proqramına əsasən, ilk iki gün xalça üzərinə sərbəst güləşçilər çıxacaq. Avqustun 25-26-da yeniyetmə qızlar, çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaq.
 
Sərbəst güləş yığmamız artıq Macarıstandadı. Böyük məşqçilər Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında heyyətdə Vurğun Əliyev (42 kq), Ruslan Surxayev (46 kq), Mircəlal Həsənzadə (50 kq), Sultan Nəsrullayev (54 kq), Elçin Məmmədov (58 kq), Gitinomaqomed Hacıyev (63 kq), Elmar İsmayılov (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Səid Həmidov (100 kq) yer alıb.
 
Yeniyetmə qızlarımız son Avropa çempionatında 4 güləşçi ilə təmsil olunduqlarına görə, dünya çempionatında da 4 güləşçimiz mübarizə apara bilər. Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyində Dünya çempionatına Sahilə Ələkbərova (38 kq), Aydan Səfərli (46 kq), Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) yollanacaq.
 
Çempionatın son günlərində mübarizəyə qoşulacaq yunan-Roma güləşçiləri böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayev, məşqçi Əfsər Namazəliyevin başçılığı altında hazırlıqlarını davam etdirir. Heyyətdə Ramiz Məmmədov (42 kq), Kərim Cəfərov (46 kq), Murad Bazarov (50 kq), Murad Məmmədov (54 kq), Elman Muxtarov (58 kq), Hacımurad  Bağmanov (69 kq), Elməddin Ramazanov (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çöpsiyevin yer alması gözlənilir.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.