23 avqust 2011 18:48

Yığmamız DÇ-yə belə hazırlaşır (FOTOREPORTAJ)

Sentyabrın 12-dən 18-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək güləş üzrə dünya çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandaları Quba Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, avqustun 25-dək davam edəcək təlim-məşq toplanışında yunan-Roma güləşçiləri baş məşqçi, olimpiya çempionu Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin, sərbəst güləşçilər baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudov, qadın güləşçilər isə baş məşqçi Rövşən Umudovun rəhbərliyi altında məşq edir.
 
Qeyd edək ki, dünya çempionatı 2012-ci ilin London Olimpiadasına lisenziya xarakteri daşıdığından güləşçilərimiz üçün ikiqat əhəmiyyətlidi. Bu üzdən Quba və Qusar Olimpiya Komplekslərində idmançılar üçün bütün şərait yaradılıb və güləşçilərimiz yüksək əhval-ruhiyyədə dünya çempionatında gündə 3 dəfə olmaqla hazırlıq keçirlər. Komandalarımız daha sonra təlim-məşq toplanışını Bakıda davam etdirəcəklər.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.