15 avqust 2011 12:15

Azərbaycan Avropa ikincisi oldu

Polşanın paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, avqustun 13-14-də yeniyetmə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
 
Güləşçilərimiz 4 qızıl və 3 bürünc medal qazanaraq 65 xal toplayıb və komanda hesabında ikinci yeri tutub. Rusiya 69 xalla birinci, Gürcüstan 62 xalla üçüncü olub.
 
42 kq çəkidə Ramiz Məmmədov türk və alman güləşçilərə qalib gəlib, yarımfinalda Rusiyalı güləşçiyə uduzub və bürünc medal görüşünə çıxıb. Üçüncülük uğrunda gərgin keçən görüşdə erməni rəqibindən üstün olan Ramiz bürünc medala sahib olub.
 
46 kq çəki dərəcəsində Kərim Cəfərov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Finala qədər təmsilçimiz ardıcıl olaraq Türkiyə, Ukrayna və Moldovadan olan rəqiblərinə qalib gəlib. Finalda erməni təmsilçisi ilə qarşılaşan Kərim rəqibinə heç bir şans verməyib.
 
50 kq-da mübarizə aparan Sinqapur Olimpiya Oyunlarının qalibi Murad Bazarov komandamıza növbəti qızıl medalı qazandırıb. Ardıcıl olaraq Belarus, Rusiya, Moldova və erməni təmsilçiləri üzərində qələbə güləşçimizi finala çıxarıb. Finalda Türkiyəli rəqibinə də qalib gələn Murad Bazarov Avropa çempionu adını qazanıb.
 
54 kq çəki dərəcəsində Murad Məmmədov da qızıl medalı finalda erməni rəqibini sıradan çıxarmaqla qazanıb. Finala qədər isə, o, Xorvatiya, Rusiya və Latviyadan olan güləşçilərə qalib gəlib.
 
58 kq çəkidə Sinqapur Olimpiya Oyunlarının daha bir qalibi Elman Muxtarov mübarizə aparıb və Avropa çempionu adını qazanıb. Bu zaman Elman Macarıstan, Moldova, Almaniya, Gürcüstan və  Türkiyədən olan rəqiblərindən üstün olub.
 
69 kq çəkidə Hacımurad Bağmanov və 100 kq çəkidə mübarizə aparan Hacımurad Çöpsiyev isə komandamıza bürünc medal qazandırıblar.  
 
Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamıza Avropa çempionatında böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayev, məşqçi İslam Cəfərov rəhbərlik edib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.