15 avqust 2011 17:05
Güləşçilərimiz AÇ-də ermənilərə divan tutdular (VİDEO)
Xəbər verdiyimiz kimi, Polşanın paytaxtı Varşavada yeniyetmələrin Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, güləş yığmamız ümumilikdə çempionatı 7 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub.
Çempionatın son günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 4 qızıl və 3 bürünc medal əldə edib. Kərim Cəfərov (46 kq) və Murad Məmmədovun (54 kq) qazandıqları qızıl medallar komandamıza ikiqat qələbə sevinci yaşadıb.
Belə ki, hər iki təmsilçimiz finalda erməni güləşçiləri ilə qarşılaşıb və rəqiblərinə heç bir şans verməyiblər. Həmin görüşlərin videoyazısı ilə sizi də tanış edirik.
Karim Jafarov (AZE) - Albert Vardanyan (ARM)
Murad Mammadov (AZE) - Karen Aslanyan (ARM)
