12 avqust 2011 13:01

Azərbaycan AÇ-də daha 2 medala sevindi

Polşanın paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, avqustun 11-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Qızlarımız 1 gümüş və 1 bürünc medal qazanıb.
 
65 kq-da Raqneta Qurbanzadə finala qədər maneəsiz irəliləyib. Bu zaman Ukrayna və Polşadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Finalda İsveç təmsilçisi ilə gərgin keçən görüşdə uduzaraq gümüş medalla kifayətlənib.
 
38 kq çəkidə mübarizə aparan Sahilə Ələkbərova ¼ finalda Belarus təmsilçisinə qalib gəlsə də yarımfinalda Rusiya güləşçisinə uduzub. Bolqarıstan güləşçisi ilə görüşdən qalib ayrılan Sahilə bürünc medala sahib olub.
 
49 kq-da təmsilçimiz Şəfəq Muradzadə Avstriya və Polşa güləşçilərini məğlub edib, yarımfinalda Moldova təmsilçisinə uduzaraq bürünc medal şansı əldə edib. Almaniyadan olan rəqibi qarşısında üstün ola bilməyən təmsilçimiz çempionatı 5-ci sırada tamamlayıb. 
 
Yeniyetmə qızların yarışında Sahilə Ələkbərova (38 kq), Şəfəq Muradzadə (49 kq), Solmaz Həşimzadə (52 kq) və Raqneta Qurbanzadə (65 kq) mübarizə aparır. Komandaya məşqçilər Arif Fərmanov, İsaməddin Hüseynov və Mətanət Süleymanova rəhbərlik edir.
 
Avropa çempionatında bu gün digər çəkilərdə yeniyetmə qızlar mübarizə aparacaq. Bugünkü görüşlərdə ölkəmizi yalnız 52 kq çəki dərəcəsində Solmaz Həşimzadə təmsil edəcək.
 
Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız Avropa çempionatının son günlərində mübarizəyə qoşulacaq. Böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayev, məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatda Ramiz Məmmədov (42 kq), Kərim Cəfərov (46 kq), Murad Bazarov (50 kq), Murad Məmmədov (54 kq), Elman Muxtarov (58 kq), Emil Abdullayev (63 kq), Hacımurad Bağmanov (69 kq), Sərxan Cahangirli (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çöpsiyev (100 kq) iştirak edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.