11 avqust 2011 11:47

Azərbaycan Avropa birincisi oldu

Polşanın paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, turnirin ikinci günündə sərbəst güləş yığmamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla Avropa çempionatında yeni tarix yazıblar.
 
Xatırladaq ki, yeniyetmə sərbəst güləşçilərimiz çempionatın ilk günündə 2 qızıl və 2 bürünc medal qazanmışdı. Ümumilikdə, 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan yığmamız 81 xal toplamaqla, komanda hesabında Avropa çempionatının ən güclüsü olub. 2-ci yeri 69 xalla Rusiya, 3-cü yeri isə 68 xalla Ukrayna tutub.
 
Çempionatın ikinci günündə mübarizəyə qoşulan 5 sərbəst güləşçimizdən 4-ü finala qədər maneəsiz irəliləyib.
 
Final görüşündə Almaniya təmsilçisindən üstün olan Ruslan Qasımov (46 kq) komandamıza növbəti qızıl medalı qazandırıb. Buna qədər isə o, ardıcıl olaraq Litva, Polşa və Rusiya güləşçilərini məğlub edib.
 
Finala yüksələn Pərviz İbrahimov (54 kq) Belarus, İtaliya və Gürcüstan güləşçilərini üstələsə də, finalda Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib.
 
Ardıcıl olaraq Litva, Ukrayna və Belarus güləşçilərinə qalib gələn Orxan Şərifov (76 kq) finalda Türkiyə təmsilçisinə məğlub olub və gümüş medala sahib olub.
 
Ağır çəkidə təmsilçimiz Ruslan Hacıyev (100 kq) Rusiya, Polşa və Türkiyədən olan rəqiblərini üstələsə də finalda gürcü güləşçi ilə bacarmayıb və gümüş medalla kifayətlənib.
 
63 kq çəkidə mübarizə aparan Hacımurad Ömərov ilk görüşdə erməni təmsilçisini tam üstünlüklə məğlub edib.  Fransa və Ukrayna güləşçilərini də üstələyən Hacımurad, yarımfinalda gürcü təmsilçisi ilə gərgin keçən görüşdə uduzaraq bürünc medal şansı əldə edib. İsrail təmsilçisi ilə bu görüşü də qələbə ilə başa vuran güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub.
 
Xatırladaq ki, ilk gün mübarizəyə qoşulan 5 təmsilçimizdən 4-ü medal qazanmışdı. Elçin Məmmədov (58 kq) və Pərviz Axundov (85 kq) qızıl, Məmmədhüseyn Həsənov (50 kq) və Şamil Sadullayev (69 kq) bürünc medala yiyələnməklə komandamızın Avropanın ən güclüsü olmasında böyük pay sahibi olublar.
Sərbəst güləş yarışlarında ölkəmizi komandanın böyük məşqçiləri Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında iştirak edib. Bu gün isə, Avropa çempionatında yeniyetmə qızlar mübarizəyə qoşulur.
 

 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.