29 iyul 2011 17:53
Çin səddində dayandıq (YENİLƏNİB)
Rumıniyanin paytaxtı Buxarestdə gənclərin güləş üzrə dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, turnirin dördüncü günündə qızların mübarizəsinə yekun vurulur.
Məlum olduğu kimi, qadın güləş yığmamız turnirə 3 idmançı ilə getmişdi. Bunlar Marziget Baqomedova (44 kq), Patimat Baqomedova (51 kq) və Yarina Dubovska (55 kq) idi. İlk gündə Baqomedovalar qüvvələrini sınayıblar və heç biri uğur qazana bilməmişdilər.
55 kq-da çıxış edən Yarina Dubovska (55 kq) isə bu gün mübarizəyə qoşulub. O, startda meksikalı Qvadalupe Qarsiyaya qalib gəlib. Daha sonra isə ispaniyalı Karima Sançes də onun qarşısında aciz qalıb. 1/4 finaldakı rəqib isə Çin güləşçisi Qui Lui idi. Təəssüf ki, Yarina bu rəqibinə uduzaraq mübarizəni dayandırmalı olub.
Xatırladaq ki, yarışın ilk iki günündə yunan-roma güləşçilərimiz 3 medal qazanıblar. 55 kq-da Eldəniz Əzizli, 66-da isə Rəsul Cunayev 3-cü yerə layiq görülüblər. Vilayət Qəhrəmanlı isə qızıl medal qazanmışdı. Beləliklə, komanda hesabında Azərbaycan 38 xalla 2-ci olmuşdu.
